Çin-Qırğızıstan sərhədində 5,2 maqnitudalı zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Çinin Aykol yaşayış məntəqəsindən 136 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.