2023-cü il oktyabrın 7-dən İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən həbs edilən fələstinlilərin sayı 6,25 mini keçib.
Modern.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin Əsirlərinin İşləri üzrə Komissiyaya istinadən məlumat yayıb.
Bildirilib ki, təkcə son iki gündə ən azı 30 fələstinli saxlanılıb.
“Həbslər məhbuslara və onların ailələrinə qarşı kobud rəftar, döyülmə və hədələmə, habelə vətəndaşların evlərinin partladılması və dağıdılması kimi müxtəlif pozuntularla müşayiət olunur”, - Komissiya qeyd edib.
Məlumata görə, həbs olunanların arasında 210 qadın və 355 uşaq da var.