Küveytin neft və neft məhsulları daşıyıcısı "Kuwait Oil Tanker" tankerlərin Qırmızı dənizdən keçməsindən müvəqqəti imtina edəcək.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə mənbələr yerli "Al Rai" nəşrinə bildiriblər.
Tranzitin bərpası ilə bağlı qərar vəziyyətin sabitləşməsi əsasında veriləcək.
Yəmən husiləri İsraillə Fələstin arasında müharibənin başlamasından sonra Qırmızı dənizdə İsraillə əlaqəli ola biləcəyinə inandıqları gəmiləri atəşə tutmağa başlayıblar. Yanvar ayında Birləşmiş Ştatlar və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.