Modern.az

Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1.2 milyon dollar oğurlandı

Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1.2 milyon dollar oğurlandı

Dünya

25 Yanvar 2024, 12:26

Əfqanıstanın Bədəxşan əyalətində Rusiya şirkətinə məxsus "Falcon 10" təyyarəsinin qəzaya uğramasından sonra 1,2 milyon dollar oğurlanıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht e Subh" nəşri bölgədəki mənbələrə istinadən yazıb.

 

Mənbənin sözlərinə görə, qəza yerinə ilk gələn qrup Taliban qruplaşmasının nəzarətində olan silahlı qüvvələrinin baş qərargah rəisi ilə bağlıdır.

 

Nəşrin məlumatına görə, oğurluqdan sonra Bədəxşan qubernatoru Taliban qruplaşmasının hökumətinin baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktların müəyyən edilməsi və işin araşdırılması üçün komissiya təyin edib. İstintaq komissiyasına Bədəxşan vilayətində Talibanın nəzarətindəki kəşfiyyat idarəsinin rəhbəri rəhbərlik edir.

 

Hələlik nə Taliban nümayəndələri, nə də Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.

 

"Falcon 10" biznes-jeti yanvarın 20-də axşam saatlarında əlaqəni dayandırıb. Təyyarə Rusiyanın “Athletic Group” şirkətinə və fərdi şəxsə məxsus olub. O, Qaya (Hindistan) – Daşkənd (Özbəkistan) – Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə