Müdafiə sənayesini bərpa etmək üçün Avropaya 5-10 il və böyük məbləğdə pul lazımdır.
Modern.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Aİ ölkələri heç vaxt cari hadisələrə uyğun iqtisadiyyata həqiqətən keçməyiblər", - deyə qeyd olunub.
Nəşr qeyd edib ki, mart ayına qədər Ukraynaya 1 milyon mərmi tədarük etmək vədi yəqin ki, yerinə yetirilməyəcək.
Lakin bununla bağlı yekun qənaətə gəlmək tezdir.