Yaponiya cihazı Aydan ilk fotonu ötürüb.
Modern.az xəbər verir ki, şəkillər SLIM tədqiqat modulu tərəfindən çəkilib və Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) tərəfindən dərc edilib.
Aparat yanvarın 20-də verilmiş nöqtədən cəmi 55 metr kənara çıxaraq yerin peykinə enib. Bu foto modulun göyərtəsində olan mini-robot tərəfindən çəkilib.
Yaponiya Yer peykinin səthinə kosmik gəmi endirən beşinci ölkə olub. Əvvəllər buna Sovet İttifaqı, ABŞ, Çin və Hindistan nail olub. Rusiyanın "Luna 25" zondu 2023-cü il avqustun sonunda Aya enməyə cəhd edərkən qəzaya uğrayıb.