Rusiyada məhkəmə hərbi bloqçu Vladlen Tatarskinin ölümündə təqsirləndirilən Darya Trepovanı 27 il müddətinə azadlıqdan məhrum edib.
Modern.az RİA-ya istinadən xəbər verir ki, 26 yaşlı gənc qız terror aktı törətməkdə, partlayıcı qurğuların qanunsuz dövriyyəsində, saxta sənəddən istifadə etməkdə günahlandırılır.
Trepova Tatarskiyə içində partlayıcı qurğu olan hədiyyə vermişdi.