Avropa İttifaqının mümkün silahlı münaqişə vəziyyətində ABŞ-ın dəstəyi olmadan lazımi müdafiə potensialı yoxdur.
Modern.az xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
Qeyd olunub ki, Soyuq Müharibə bitdikdən sonra Aİ ölkələrində silahlı qüvvələrin sayı 2,5 dəfə azalaraq 1989-cu ildəki 3,4 milyon əsgərdən 2022-ci ildə 1,3 milyona düşüb. Bundan başqa, bir sıra ölkələr icbari hərbi xidmət formatından müqavilə əsasında hərbi xidmətə keçib.
"Nəticə etibarilə, məsələn, Belçika ordusunun sursat və maliyyə çatışmazlığı o qədərdir ki, döyüş sursatı çatışmazlığı səbəbindən hər hansı gərgin münaqişə baş verərsə, əsgərlər "bir neçə saat ərzində daş atmalı olacaqlar", - deyə iddia olunub.