Gürcüstanın ombudsmanı yanında müstəqil həkimlər şurası deyir ki, Saakaşvilinin həbsxanaya köçürülməsi barədə danışmaq hələ tezdir.
Modern.az "News Georgia"ya istinadən xəbər verir ki, bir qrup həkim bu həftə Gürcüstanın həbsdə olan üçüncü prezidentinə növbəti dəfə Vivamed klinikasında baş çəkib.
Nevroloq Tengiz Tsuladze deyib: “Əgər onu köçürsələr, bir neçə həftədən sonra, hətta bir neçə gündən sonra onu geri qaytarmaq lazım gələ bilər”.
O əlavə edib ki, kaxeksiya və anoreksiyanın öhdəsindən gəlmək mümkündür: "Saakaşvilinin çəkisi hazırda 77,4 kiloqramdır, lakin onun ümumi vəziyyəti qeyri-stabil olaraq qalır".
Anestezioloq-reanimatoloq Georgi Qriqoliya isə xəbərdarlıq edib: "Psixonevroloji vəziyyət həyəcanvericidir və yenidən somatik pozğunluqlara səbəb ola bilər".