"Ukraynanın Rusiya Federasiyası ilə qaz tranziti müqaviləsini uzatmaqdan mümkün imtinası Aİ ölkələrinə aparan bütün logistik zəncirlərdə dəyişikliklərə səbəb olacaq".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib:
"BMT Təhlükəsizlik Şurasının vurulmuş İL-76 ilə bağlı iclasının nəticələri Kremli qane etmir".
Peskov “Bloomberg”in Rusiyanın Ukraynanın NATO-ya daxil olmaması tələbindən imtina etməyə hazır olması ilə bağlı xəbərini həqiqətə uyğun olmayan adlandırıb.
"Rusiya Almaniyanın Rusiya Federasiyasını cilovlamaq planını diqqətlə öyrənəcək. Venesuela Prezidenti Maduronun Rusiya Federasiyasına səfəri üzərində iş gedir, buna ehtiyac var. Almaniya Federativ Respublikası Rusiya ilə qətiyyətli qarşıdurma yoluna qədəm qoydu, bu heç kimə sirr deyil", - sözçü əlavə edib.