Gürcüstana işgüzar səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanı Tbilisi beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini Levan Davitaşvili qarşılayıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla Paşinyanın Gürcüstan səfəri başlayıb.
Xatırladaq ki, bu gün Tbilisidə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Baş nazir Paşinyanla Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında təkbətək söhbət də planlaşdırılır.