Modern.az

Paşinyan Hindistana təbrik yoladı

Paşinyan Hindistana təbrik yoladı

Dünya

26 Yanvar 2024, 15:24

Ermənistan baş naziri Nikol Paşinyan Hindistanın baş naziri Narendra Modini Respublika Günü münasibətilə təbrik edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hindistanın Respublika Günü münasibətilə sizi və dost Hindistan xalqını ürəkdən təbrik edirəm.

 

...Təsadüfi deyil ki, erməni xalqının ilk Konstitusiyasının Hindistanda hazırlandığını nəzərə alsaq, çoxəsrlik erməni-hind dostluğunun təməlində Konstitusiya və konstitusionalizm ideyaları böyük rol oynamışdır. Bu gün fəxrlə deyə bilərik ki, tarixən formalaşmış dostluq əlaqələrimiz və xalqlarımızın ortaq keçmişi ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni nailiyyətlərin praktiki mərhələsinə qədəm qoyur.

 

Bir daha sizi Respublika Günü münasibətilə təbrik edir, sizə və dost Hindistan xalqına sülh və firavanlıq arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə