Modern.az

ABŞ Şimali Koreyadan təhdid əlamətləri görmür - İndilik...

ABŞ Şimali Koreyadan təhdid əlamətləri görmür - İndilik...

Dünya

26 Yanvar 2024, 15:56

Birləşmiş Ştatlar indi KXDR-dən birbaşa hərbi təhdid əlamətləri görmür.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

"The New York Times" qəzetinin Şimali Koreyanın yaxın aylarda Cənubi Koreyaya qarşı hərbi əməliyyat keçirə biləcəyi barədə xəbəri səbəbilə səfirliyə sorğu göndərilib.

 

“Hazırda birbaşa hərbi təhlükə əlamətləri görməsək də, Cənubi Koreya və Yaponiya müttəfiqlərimizlə sıx məsləhətləşmələr əsasında KXDR-nin Koreya Respublikası və Yaponiyaya qarşı hərbi əməliyyat risklərini izləməyə davam edəcəyik”, - cavabda deyilir.

 

Agentliyin həmsöhbəti qeyd edib ki, Seul və Vaşinqton arasında ABŞ prezidenti Co Baydenin administrasiyası ilə müttəfiqlik Pxenyanın “davam edən təxribatlarına” baxmayaraq daha da möhkəmlənib.

 

“The New York Times” ABŞ administrasiyasının rəsmilərinə istinadən yazıb ki, Amerika departamentləri hələlik Şimali Koreyanın hərbi əməliyyatlara və ya böyük müharibəyə hazırlaşdığına dair konkret əlamətlər qeydə almayıb. Lakin onların fikrincə, Pxenyandan hərbi təhlükə ehtimalı mövcuddur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə