Modern.az

77 Ukrayna hərbçisinin cəsədi ölkəsinə qaytarıldı

77 Ukrayna hərbçisinin cəsədi ölkəsinə qaytarıldı

Dünya

26 Yanvar 2024, 16:52

Ukrayna daha 77 müdafiəçisinin cəsədini geri alıb.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahından bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ölənlərin şəxsiyyətini müəyyən edəcək hüquq-mühafizə orqanlarının əməkdaşlarına və məhkəmə-tibb ekspertlərinə daha sonra təhvil verilməsi üçün cəsədlərin ixtisaslaşmış dövlət qurumlarına daşınmasını təmin edəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə