Modern.az

Fransa Konstitusiya Məhkəməsi Makronun yeni qanununu ləğv etdi

Fransa Konstitusiya Məhkəməsi Makronun yeni qanununu ləğv etdi

Dünya

26 Yanvar 2024, 17:06

Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib.

Modern.az-ın məlumatına görə, bu barədə “El Pais” xəbər verir.
 

Hakimlər Makronun ifrat sağçı “Milli Mitinq” partiyasının nümayəndələri ilə razılaşdığı miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun mətnini ölkə konstitusiyasına zidd sayıblar.
 

Nəşrin məlumatına görə, qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan “milli üstünlük” forması adlandırılıb. Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirib.

Məhkəmənin qərarından bir müddət əvvəl Parisdə “arzuolunmaz” əcnəbilərin deportasiyasını asanlaşdıracaq yeni qanuna etiraz aksiyaları keçirilib. Fransızlar prezidenti “sağa” getməkdə ittiham ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə