Modern.az

Məhkəmənin İsraillə bağlı qərarı nə mənaya gəlir? - DETALLAR

Məhkəmənin İsraillə bağlı qərarı nə mənaya gəlir? - DETALLAR

Dünya

26 Yanvar 2024, 17:28

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Fələstin soyqırımı ilə bağlı İsrailə qarşı iddiası ilə əlaqədar aralıq qərar verib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Haaqa məhkəməsi İsrail dövlətinə Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.

 

Qərarı 17 hakimdən 15-i dəstəkləyib. İclası Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri Coan Donoqyu açıb: “Məhkəmə regionda baş verən insan faciəsinin miqyasını dərindən dərk edir və davam edən insan itkisi və iztirabdan dərin narahatdır”.

 

O, İsrail hərbçilərinə ünvanlanmış ittihamı oxuyub, həmçinin bəzi israilli siyasətçilərin çıxışlarından sitat gətirib.

 

Hakimin sözlərinə görə, iddia üzrə müvəqqəti qərar ona görə verilib ki, işə tam baxılana qədər Qəzza zolağında humanitar vəziyyət geridönməz ola bilər. Bundan əlavə, məhkəmənin qərarı İsraildən əhalinin güzəranını təmin etmək üçün zəruri olan xidmətləri təqdim etməyi tələb edir.

 

Hakimlər kollegiyasının qərarına əsasən, İsrail rəhbərliyi də təyin olunmuş qərarların icrası ilə bağlı hesabat təqdim etməlidir. Məhkəmə həmçinin İsrailə heç bir şərt qoymadan girovları dərhal azad etməyi tapşırıb.

 

"Associated Press" qeyd edir ki, iddianın həlli illər çəkə bilər. İsrail soyqırım ittihamlarını rədd edir. Beynəlxalq Məhkəmədə yəhudi dövlətinin mövqeyini vəkil Gilad Noam təmsil edir. Yanvarın 12-də cənab Noam bildirib ki, Cənubi Afrikanın tələbinin təmin edilməsi "terror qruplarına müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədə biləcəkləri və sonra bu məhkəmədə müdafiə axtara biləcəkləri barədə siqnal göndərəcək".

Bu xəbər ilə bağlı
Beynəlxalq Məhkəmə İsraillə bağlı qərar verdi
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə