Modern.az

Ümid edirik ki, İrəvan və Bakı tezliklə sülh imzalayacaq

Ümid edirik ki, İrəvan və Bakı tezliklə sülh imzalayacaq

Dünya

26 Yanvar 2024, 20:57

Biz həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olmuşuq, bu məsələyə öz töhfəsini verməyə hazırıq.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

 

“İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə