Modern.az

İranın Pakistanla sərhəd rayonunda 9 nəfər öldürüldü

İranın Pakistanla sərhəd rayonunda 9 nəfər öldürüldü

Dünya

27 Yanvar 2024, 17:20

İranın cənub-şərqində Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhədində yerləşən Səravan rayonunda naməlum silahlı şəxslər 9 nəfəri öldürüblər.

 

Modern.az-ın xəbərinə görə, bu haqda İran KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, öldürülən şəxslər İran vətəndaşları deyil.

 

İndiyədək silahlı hücumu heç bir qrup öz üzərinə götürməyib.

 

Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.

 

Əlavə edək ki, 17 yanvar Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?