Modern.az

Şolts ABŞ-a gedir - Qəzza və Ukrayna müzakirəsi...

Şolts ABŞ-a gedir - Qəzza və Ukrayna müzakirəsi...

Dünya

27 Yanvar 2024, 19:40

Almaniya kansleri Olaf Şolts gələn ay ABŞ-a səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, o, fevralın 9-da ABŞ prezidenti Co Baydenlə görüşəcək.

 

Amerika lideri Ukraynaya əlavə yardımın göstərilməsi üçün Şoltsun dəstəyini qazanmağa çalışacaq.

 

Qeyd olunub ki, iki ölkə liderləri Ukraynanın torpaqlarını və xalqını Rusiyanın təcavüzkar müharibəsindən qorumaq üçün ona qəti dəstəyini təsdiq edəcəklər.

 

Görüş zamanı Qəzzadakı vəziyyət də müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə