Modern.az

Yaponiyadakı zəlzələdə ölənlərin sayı 236-ya çatdı

Yaponiyadakı zəlzələdə ölənlərin sayı 236-ya çatdı

28 Yanvar 2024, 09:43

Yanvarın ilk həftəsində Yaponiyada baş verən bir neçə zəlzələdə ölənlərin sayı 236 nəfərə çatıb.

 

Modern.az İsikava prefekturasının rəhbərliyinin yaydığı məlumata əsasən xəbər verir ki, zəlzələlərdə yaralanan 1 178 nəfərin müalicəsi davam edir.

 

Təbii fəlakət zamanı 43 min 380 bina zərər çəkib. Hazırda 14 mindən çox insan 490 təxliyyə məntəqəsində qalır, 3 min 500 ev elektrik enerjisindən məhrum olub.

 

Xatırladaq ki, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 maqnitudada bir neçə zəlzələ baş verib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə