Modern.az

Rusiyada ağır yol qəzası - 5 ölü, 8 yaralı

Rusiyada ağır yol qəzası - 5 ölü, 8 yaralı

28 Yanvar 2024, 14:07

Rusiyanın Krasnodar diyarında avtobusun iştirakı ilə beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvadan Nalçikə hərəkət edən “Neoplan” avtobusu “Hyundai” yük avtomobili ilə toqquşub.

 

İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və orada yük maşını ilə toqquşub.

 

Hadisə yerində xilasedicilər və həkimlər işləyir. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə