Modern.az

İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb - Nazir açıqladı

İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb - Nazir açıqladı

29 Yanvar 2024, 09:36

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, İstanbuldakı Santa Mariya Kilsəsinə hücuma görə 47 nəfər saxlanılıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 30 müxtəlif ünvana eyni vaxtda basqın edilib.

 

Bildirilib ki, cinayətdə şübhəli bilinən 2 nəfər də saxlanılıb, onlardan biri Rusiya, digəri isə Tacikistan əsillidir.

 

Nazir vurğulayıb ki, hər 2 şəxsin İŞİD terror təşkilatının üzvü olduğu dəyərləndirilir.

 

Qeyd edək ki, dünən baş verən hadisə zamanı kilsədə ibadət edən 1 nəfər qətlə yetirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə