Modern.az

Toivo Klaar buraxılmadı - Separatçılar qapıların \"əbədi bağlandığını\" deyir

Toivo Klaar buraxılmadı - Separatçılar qapıların \

29 Yanvar 2024, 11:40

Gürcüstan ərazisində yaradılmış tanınmamış Abxaziyada 6 ay ərzindş ikinci dəfə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səfərinə icazə verilməyib.

 

Modern.az xəbər verir ki, həmçinin Aİ-nin Cenevrə müzakirələrində xüsusi nümayəndəsi olan Klaar bu barədə özü məlumat yayıb.

 

“Bu gün biz elə bir vəziyyətə gəldik ki, Abxaziyanın özünü qapatdığı görünür”, - Klaar bildirib.

 

Separatçı respublikanın paytaxtı Suxumidən cavab olaraq deyiblər ki, Abxaziyanın qapıları "regionu işğal olunmuş ərazi hesab edənlərin üzünə əbədi bağlıdır”.

 

Bundan əvvəl, 2023-cü ilin sonunda Suxumi bir sıra beynəlxalq və Qərb təşkilatlarının, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və BMT-nin İnkişaf Proqramının işini qadağan edəcəyini açıqlamışdı.

 

Separatçı Abxaziya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Milana Tsvijba Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatını şərh edib. Onun şərhi “Toivo Klaarın gürcü arzusu” başlığı ilə dərc edilib: "Klaarın bəyanatı Abxaziyada kollektiv Qərb siyasətinin iflasa uğradığını göstərən bir çox faktları ortaya qoydu”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə