Modern.az

Ukraynada Rusiyaya casusluq edən şəxs yaxalandı

Ukraynada Rusiyaya casusluq edən şəxs yaxalandı

Dünya

30 Yanvar 2024, 12:24

Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə 3-cü hücum briqadası üzrə casusluq edən və hərbi zavodda işə düzəlməyə çalışan Rusiya FTX agentini yaxalayıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs briqadanın ehtiyat komanda məntəqələrinin və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının qərargahlarının yerləşdiyi yerlərlə maraqlanıb.

 

Bundan başqa, 52 yaşlı paytaxt sakini əsas enerji və istilik istehsal edən müəssisələrin koordinatlarını təcavüzkara sızdırıb.

 

Casus həm də tərcümeyi-hal hazırlayıb strateji müəssisənin kadrlar şöbəsinə göndərib, silahların növləri və miqdarı haqqında məlumat əldə etmək üçün orada işə düzəlməyi planlaşdırıb.

 

Saxlanılıb və onu ömürlük həbs cəzası gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə