Rusiya prezidentliyinə namizəd Boris Nadejdin seçkilərdə iştirak edə bilməsə, siyasi fəaliyyətini necə davam etdirəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə SOTA məlumat yayıb.
O bildirib ki, prezidentlik yarışında iştirak edə bilməyəcəyi təqdirdə Moskva Şəhər Dumasına və Tatarıstan Dövlət Şurasına qarşıdan gələn seçkilərlə məşğul olmağı planlaşdırır. Siyasətçi deputat seçilməyi nəzərdən keçirir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda keçiriləcək. Nadejdin müharibə əleyhdarlığı ilə seçilən namizəddir. İmzatoplama kampaniyası böyük izdihamlarla müşayiət olunan namizəd prezident seçilərsə, Ukraynadakı müharibəni dayandıracağını bəyan edib.