Modern.az

Qəzzada ölənlərin sayı 26 751-ə çatıb

Qəzzada ölənlərin sayı 26 751-ə çatıb

Dünya

30 Yanvar 2024, 15:16

İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 26 751-ə çatıb.


Modern.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 65 636-ya yüksəlib.


Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə