Modern.az

Kanada Türkiyəyə silah ixracına qoyulan embarqoları  ləğv etdi

Kanada Türkiyəyə silah ixracına qoyulan embarqoları  ləğv etdi

Dünya

30 Yanvar 2024, 15:20

Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bəyanatda qeyd edilib ki, sursat siyahısı da daxil olmaqla ixracatçı qruplar tərəfindən Türkiyəyə ediləcək ixrac və broker icazələri üçün müraciətlər Kanadanın risk qiymətləndirmə çərçivəsində ayrı-ayrılıqda araşdırılacaq.

 

Bəyanatda həmçinin oxşar beynəlxalq ixrac icazələrindəki standart ifadələr, habelə üçüncü ölkələrə satış zamanı təminat tələbləri və insan hüquqları qanunlarına bəzi istinadlar da yer alıb.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dron və PUA-larla dəstəyinə görə Kanada Türkiyəyə embarqo tətbiq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə