Modern.az

Qriqoryan Aİ-nin müşahidə missiyasının rəhbərilə regionu müzakirə etdi

Qriqoryan Aİ-nin müşahidə missiyasının rəhbərilə regionu müzakirə etdi

30 Yanvar 2024, 16:56

Yanvarın 30-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) bu ölkədəki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib.

Modern.az ErmənistanKİV-nə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının ofisinin məlumatına görə, görüşdə həmsöhbətlər Aİ-nin mülki müşahidə missiyasının fəaliyyətini müzakirə ediblər. Eyni zamanda, Avropa İttifaqının mülki işçilərinin sayının artırılması ilə bağlı Avropa Şurasının qərarına toxunublar. Həmsöhbətlər bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mülki missiyanın yerləşdirilməsinin mühüm rol oynadığını vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?