Modern.az

Rusiya İl-76-dakıları bizə vermək barədə heç nə deməyib - YUSOV

Rusiya İl-76-dakıları bizə vermək barədə heç nə deməyib - YUSOV

Dünya

30 Yanvar 2024, 17:36

Rusiya İl-76-nın göyərtəsində olduğu iddia edilənləri Ukraynaya təhvil verməyə hazır olduqlarını bildirməyib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov bildirib.

 

O deyib ki, təyyarənin göyərtəsində olan əsirlər barədə yalnız Rusiya Federasiyası danışıb. Eyni zamanda, Yusov təyyarədə həm sursat, həm də canlı qalxan kimi istifadə edilən insanların olması ehtimalını etiraf edib.

 

O, Rusiyanın reaksiyasının təxribatçı olduğunu vurğulayıb: "Çünki Belqorod üzərində “sükut rejimi” elan olunmayıb və Rusiya məhbusların daşınması üçün hava nəqliyyatından istifadə barədə əvvəlcədən məlumat verməyib".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə