Modern.az

Rusiya Ukraynaya 330-dan çox raket, 600-ə yaxın dron atıb 

Rusiya Ukraynaya 330-dan çox raket, 600-ə yaxın dron atıb 

Dünya

30 Yanvar 2024, 18:21

2024-cü ilin əvvəlindən Rusiya Ukrayna ərazisinə 330-dan çox müxtəlif tipli raket və 600-ə yaxın pilotsuz uçuş aparatı atıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X (Twitter) sosial şəbəkəsində yazıb.

 

“İlin əvvəlindən Rusiya Ukrayna şəhərlərinə 330-dan çox müxtəlif tipli raket və 600-ə yaxın döyüş PUA-sı atıb. Terrorçuların bu cür təzyiqlərinə müqavimət göstərmək üçün bizə kifayət qədər güclü hava hücumundan müdafiə sistemi - məhz tərəfdaşlarımızla birlikdə qurduğumuz qalxan lazımdır”, - deyə Zelenski bildirib.

 

Prezident vurğulayıb ki, Ukraynanın səma üzərində nəzarəti cəbhə xəttindən tutmuş arxa cəbhədəki xəstəxana və məktəblərə qədər təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Hava hücumundan müdafiə və elektron müharibə bizim prioritetlərimizdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə