ABŞ Prezidenti Co Bayden İordaniyada Amerika bazasına hücuma cavab veriləcəyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Floridaya səfəri zamanı jurnalistlərə açıqlamasında danışıb.
Bayden Ağ Evdə keçirilən məsləhətləşmələrdən sonra qəbul etdiyi qərar barədə ətraflı məlumat verməyib.
O, ABŞ-ın Yaxın Şərqdə daha genişmiqyaslı müharibəyə ehtiyacı olmadığını söyləyib. "Məncə, Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur. Mənim axtardığım bu deyil", - Bayden deyib.
ABŞ lideri hücumlara necə cavab verəcəyinə qərar verib-vermədiyini soruşduqda “bəli” cavabını verib.
İranın cavabdeh olub-olmaması ilə bağlı suala isə Bayden belə cavab verib: "Hücumları həyata keçirənlərə silah vermələri baxımından məsuliyyət daşıyırlar".