Modern.az

Azərbaycanın yardımları cəbhəyanı rayonların bərpasında istifadə olunur

Azərbaycanın yardımları cəbhəyanı rayonların bərpasında istifadə olunur

Dünya

30 Yanvar 2024, 23:36

Yanvar ayında Ukrayna azərbaycanlı tərəfdaşlardan daha bir yardım tranşı, o cümlədən bərpa işlərinin aparılması üçün 25 yük enerji avadanlığı alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Azərbaycandan yardımın dördüncü tranşına transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, bərpa və təmir işlərinin aparılması üçün digər avadanlıqlar daxil olub. Ötən ilin noyabr və cari ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sənayesinin 24 müəssisəsi, o cümlədən elektrik enerjisi paylama sistemlərinin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülür.

 

“Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq hücuma məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün Ukraynanın enerji şirkətləri tərəfindən istifadə olunur. Görülən işlər enerji sisteminin stabilliyinə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, - deyə Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə