Pentaqon GLSDB dəqiq idarə olunan bombaların Ukraynaya təhvilini təsdiqləyib.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
Təhlükəsizliyə görə transfer üçün konkret tarixlər verilmir, lakin GLSDB-ni Ukraynaya göndərmək niyyəti ötən il müzakirə edilib. Silah yeni olduğundan sınaqdan keçməli olub.
GLSDB (Ground-Launched Small Diameter Bomb) hava bombası və M26 idarə olunmayan raketin hibrididir, elektron maneələri aşmaq və 150 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir.