İran hökuməti fevralın 4-dən etibarən 28 ölkədən gələn turistlər üçün vizaları birtərəfli qaydada ləğv edəcək.
Modern.az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Əlireza Beykdeli bildirib.
"Turizm məqsədilə İrana gələcək 28 ölkənin vətəndaşlarından 2024-cü il fevralın 4-dən etibarən viza tələb edilməyəcək. Turistlər İrana viza üçün müraciət etmədən bilet alaraq gələ biləcəklər", - “Tasnim” agentliyi Beykdelidən sitat gətirib.
O qeyd edib ki, ölkələr siyahısına Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Özbəkistan, Qırğızıstan, Tunis, Tanzaniya, Mavritaniya, Zimbabve, Mavrikiy, Seyşel adaları, Yaponiya, İndoneziya, Sinqapur, Vyetnam, Kamboca, Bruney, Braziliya, Meksika, Peru, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Belarusiya və Hindistan daxildir.