Modern.az

İşdən çıxarılan nazir müavini saxlanıldı

İşdən çıxarılan nazir müavini saxlanıldı

Dünya

31 Yanvar 2024, 14:20

Dünən işdən çıxarılan nazir müavini Ani İspiryanın Ermənistan İqtisadiyyat Nazirliyindəki iş otağında axtarış aparıldığı, əşyalarının müsadirə edildiyi məlum olub.

Modern.az xəbər verir ki, 168.am-ın məlumatına görə, Ani İspiryan bu gün Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

 

Onunla birlikdə İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiya Siyasəti Departamentinin rəisi də dindirlməyə aparılıb.


İqtisadiyyat nazirinin mətbuat katibi Astqi Sarkisyan bildirib ki, Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.

O, keçmiş nazir müavini Ani İspiryan və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Lili Sirakanyanın ofisində axtarışların aparılması ilə bağlı mətbuatda dərc olunan yazıları şərh etməyib.

“Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik və təqsirsizlik prezumpsiyasını rəhbər tuturuq”, - Sarkisyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə