Çərşənbə günü 195 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb, onlar müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Yanvarın 31-də danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 195 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, - Müdafiə Nazirliyindən bəyan edib.
Azad edilmiş hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılıb.