Modern.az

Rusiya 207 ukraynalı əsiri geri qaytardı

Rusiya 207 ukraynalı əsiri geri qaytardı

31 Yanvar 2024, 16:52

207 ukraynalı müdafiəçi və mülki vətəndaş Rusiya Federasiyasındakı əsirlikdən Ukraynada azadlığa qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski İnstaqram səhifəsində yazıb.

"Bizimkilər artıq evdədir - 207 nəfər. Nə olursa olsun, onları qaytarırıq. Əsirlikdə olan hər kəsi xatırlayırıq. Əsgərlər və mülki şəxslər - biz hamını geri qaytarmalıyıq. Bunun üzərində işləyirik", - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı bildirib ki, ukraynalıları əsirlikdən azad etmək Ukrayna komandasının daha bir möhtəşəm işi sayəsində mümkün olub

Xatırladaq ki, bu gün 195 rusiyalı hərbi əsir də Rusiya tərəfinə qaytarılıb.


 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə