Modern.az

Zəlzələ bölgəsində tikilən evlər fevralın 6-da təhvil veriləcək

Zəlzələ bölgəsində tikilən evlər fevralın 6-da təhvil veriləcək

31 Yanvar 2024, 21:43

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş vilayətlərdə tikilməkdə olan polad kənd evlərinin birinci mərhələsi fevralın 6-da təhvil veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki sosial media hesabında məlumat paylaşıb.

 

Nazir kənd evlərinin görüntüsünü paylaşaraq yazıb: “Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə