Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Xədizəti hökumət başçısının birinci müavini təyin edib.
Modern.az xəbər verir ki, bu barədə Kadırov özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Xədizət Kadırovanın bu vəzifəyə təyin edilməsi təklifi ilə vilayət başçısı və hökumətinin aparat rəhbəri Qalas Taimaxanov çıxış edib.
O qeyd edib ki, Xədiət “böyük ümumrusiya forumlarında və sammitlərində fəal iştirak edir və daxili siyasi vəziyyətə yaxşı bələddir”.
Məlumata görə, Xədizət Kadırova 2000-ci il yanvarın 17-də anadan olub. 2020-ci ildə Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bundan əvvəl Kadırov 25 yaşlı qızı Ayşata da yüksək vəzifə verib. Onun qızı Çeçenistan baş nazirinin sosial məsələlər üzrə müavini təyin olunub.