Gürcüstanda “Gürcü arzusu”nun sədri və parlament çoxluğunun lideri İrakli Kobaxidzenin baş nazir postuna gözlənilən təyinatı ətrafında mübahisələr davam edir.
Modern.az xəbər verir ki, parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, Kobaxidzenin baş nazirliyi tarixi an və ölkə demokratiyası üçün irəliyə doğru bir addım olacaq.
Kobaxidzenin anti-Qərb ritorikasını və Salome Zurabişvili ilə qarşıdurmasını nəzərə alan hakimiyyətin əleyhdarları bunun əksinə əmindirlər. Prezident Kobaxidzenin hökumət başçısı vəzifəsinə namizədliyini təsdiq edən parlamentin qərarını öz imzası ilə təsdiq etməlidir.
"İrakli Kobaxidze baş nazir olarsa, bu, Gürcüstan demokratiyası üçün tarixi bir an olacaq, çünki Gürcüstan parlament respublikasına keçdikdən sonra ilk dəfə baş nazir əslində parlamentdən gəlmiş biri olacaq", - Şalva Papuaşvili bildirib.