Modern.az

Almaniyada tətillər: 1100 aviareys ləğv olunacaq

Almaniyada tətillər: 1100 aviareys ləğv olunacaq

1 Fevral 2024, 10:54

Almaniyada 11 hava limanında tətilə görə 1100 aviareys ləğv ediləcək.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, həmkarlar ittifaqı sərnişinlərin və baqajın yoxlanılmasına cavabdeh olan hava limanının işçiləri üçün daha yüksək əmək haqqı və əlavə ödəniş tələb edir.

 

Bir günlük tətildən ən az 200 min sərnişin əziyyət çəkəcək.

 

Tətil ölkənin 11 hava limanında baş tutacaq: Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurt. Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyib, lakin yuxarıda qeyd olunan şəhərlərə bütün reyslər ləğv ediləcək.

 

"Lufthansa" aviaşirkəti planlaşdırılan uçuşların əksəriyyətini, ilk növbədə, tətilə məruz qalan Frankfurt hava limanından ən uzun məsafəli uçuşları göndərməyi planlaşdırdığını elan edib. Eyni zamanda şirkət sərnişinlərə fevralın 8-dək başqa bir tarixə pulsuz bilet dəyişdirməyi təklif edib. Ölkədaxili reyslərə bileti olan sərnişinlər reysin baş tutub-tutmamasından və ya ləğv edilməsindən asılı olmayaraq, onları pulsuz olaraq qatar biletlərinə dəyişə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə