Modern.az

Nazir deputatın oğlunu işdən çıxardı

Nazir deputatın oğlunu işdən çıxardı

Dünya

1 Fevral 2024, 11:10

Ermənistanın ədliyyə naziri hakim partiyadan olan deputat Qaqik Melkonyanın oğlunun İrəvandakı istintaq təcridxanasının rəisi vəzifəsindən uzaqlaşdırılması barədə qərar imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Mətbuatın yazdığına görə, Arman Melkonyanın işdən çıxarılması qərarı bir neçə ay əvvəl həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanın anası ilə görüşməsinə icazə verilməsi ilə bağlı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?