Modern.az

Latviya Seymi Rusiya və Belarusla bağlı qanuna dəyişikliklər etdi

Latviya Seymi Rusiya və Belarusla bağlı qanuna dəyişikliklər etdi

1 Fevral 2024, 15:26

Latviya Seymi idman haqqında qanuna düzəlişlər qəbul edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, qanuna əsasən, ölkə ərazisində Rusiya və ya Belarus idmançılarının iştirakı ilə yarışların keçirilməsi qadağandır.

 

Məhdudiyyət həm milli, həm də neytral bayraqlar altında olan komandaların iştirakına şamil edilir.

 

Dəyişikliklərin mətninə əsasən, latviyalı idmançılara başqa ölkələrin ərazisində Rusiya və Belarus yığmaları ilə oynamaq qadağandır. Deputat və qanunun müəlliflərindən biri Devis Martins Dauqavetis bildirib ki, beynəlxalq idman təşkilatları Latviya qanunlarına hörmət etməli və idmançıları eyni matçlara yerləşdirməməlidir.

 

Rusiya və Belarus komandalarının Latviyada yarışmasına qadağa həm böyüklər, həm də gənclər komandalarına şamil edilir. Qanunun əsas məqsədi "Ukrayna ilə həmrəyliyi vurğulamaq və Rusiyanın idman vasitəsilə cinayətləri legitimləşdirmək cəhdlərinin qarşısını almaqdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə