Finlandiya Xarici İşlər Nazirliyi strukturunda islahatlar aparır.
Modern.az xəbər verir ki, xüsusən də Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamenti ləğv ediləcək.
Belə ki, Rusiya ilə bağlı məsələlərlə Asiya və Okeaniya Departamenti məşğul olacaq.
Ümumilikdə Xarici İşlər Nazirliyinin üç departamenti olacaq: Avro-Atlantika departamenti, Asiya və Okeaniya departamenti, Afrika, Yaxın Şərq və Latın Amerikası departamenti.