Modern.az

Gürcüstanın müdafiə naziri DƏYİŞƏCƏK

Gürcüstanın müdafiə naziri DƏYİŞƏCƏK

Dünya

1 Fevral 2024, 16:54

"Mən hökumətin bütün üzvlərini qalmağa dəvət etdim, lakin müdafiə naziri Cuanşir Burçuladze siyasətdən getmək istədiyini söylədi".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan baş nazirliyinə namizəd İrakli Kobaxidze deyib.

 

"Mən onun mövqeyinə hörmətlə yanaşıram, ona görə də Gürcüstan hökumətində ediləcək yeganə dəyişiklik müdafiə naziri postuna İrakli Çikovaninin namizədliyinin irəli sürülməsidir. Məhz bu tərkib rəsmi olaraq parlamentə təqdim olunacaq", - o vurğulayıb.

 

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə