Modern.az

Orban Brüsseldən zəmanət alıb - DETALLAR

Orban Brüsseldən zəmanət alıb - DETALLAR

1 Fevral 2024, 17:26

Macarıstan Aİ fondlarından hələ də dondurulmamış vəsaitlərinin Ukraynaya göndərilməyəcəyinə dair zəmanət alıb.

 

Modern.az xəbər verir ki, bunu Macarıstan baş naziri Viktor Orban bildirib.

 

Ümumilikdə, Budapeştin hələ də dondurulmuş 27 milyard avrosu var. Brüssel dekabrda daha 10,2 milyard verib, lakin indiyədək 1,5 milyarddan az pul alınıb.

 

Orban həmçinin bildirib ki, Budapeşt Aİ-nin Ukraynaya ayrılan vəsaitlərin məqsədəuyğun istifadəsinin yoxlanılması mexanizminin hazırlanması təklifini qəbul edib.

 

"Reuters" Ukrayna ilə bağlı əldə olunan razılaşmaya dair xəbərlərdən sonra Aİ-nin Macarıstan üçün vəsaitlərinin dondurulmuş olaraq qalacağını və Orbanın heç nə əldə etmədiyini yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə