Modern.az

Macarıstan İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

Macarıstan İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

1 Fevral 2024, 19:07

Macarıstan parlamenti İsveçin NATO-ya üzv qəbul olması ilə bağlı iclasını fevralın 5-nə təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat ölkənin qanunverici orqanının saytında yerləşdirilib. İclas yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

 

Parlamentin yaz sessiyasının fevralın 26-da başlaması nəzərdə tutulurdu. Odur ki, iclas növbədənkənar keçiriləcək. Bundan əvvəl parlamentin spikeri və ölkə hökuməti ratifikasiyaya tələsməyə və deputatları fövqəladə iclasa toplamağa ehtiyac görmədiklərini bildirmişdilər.

 

Xatırladaq ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzvlüyünə qəbul olunmasına razılıq verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?