Modern.az

Gürcüstanda hakim partiya 70 faiz səs yığmağa iddialıdır

Gürcüstanda hakim partiya 70 faiz səs yığmağa iddialıdır

2 Fevral 2024, 09:52

Gürcüstanın hakim partiyası qarşıdan gələn seçkilərdə parlamentdəki yerlərin 2/3-ni qazanacağını gözləyir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib.

 

"Əminliklə deyə bilərik ki, biz yalnız qələbə üçün deyil, konstitusiya çoxluğu üçün mübarizə aparacağıq. Bu, partiyamızın nəticələrinə münasibətimizdir. Biz bütün istiqamətlərdə daha da böyük irəliləyiş əldə etmək istəyirik", - deyə o qeyd edib

 

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ölkə parlamentində yerlərin 2/3-ni əldə etmək üçün hansısa partiya 65-70 faiz səs almalıdır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə