Modern.az

Seçicilərin sayı AÇIQLANDI

Seçicilərin sayı AÇIQLANDI

Dünya

2 Fevral 2024, 11:58

Rusiya Mərkəzi Seçki Komissiyası 2024-cü ilin əvvəlinə ölkədə seçicilərin ümumi sayının 112,3 milyon nəfər olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu məlumatlar işğal olunmuş Ukrayna ərazilərinin əhalisini də ehtiva edir.

 

"2024-cü il yanvarın 1-nə Rusiyada seçicilərin sayı: 112 milyon 309 min 947, Rusiyadan kənarda - 1 milyon 890 min 863, Baykonur şəhərində - 11 min 924", - Rusiya MSK teleqram kanalında məlumat yayıb.

 

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2023-cü il yanvarın 1-nə Rusiyada seçicilərin sayı 108 milyon 048 min 542, ölkədən kənarda 1 milyon 984 min 676, Baykonurda 11 min 541 nəfər olub.

 

Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün ərzində - martın 15, 16 və 17-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə