Modern.az

Bu ölkə Ukraynaya "Javelin" raketləri verdi

Bu ölkə Ukraynaya

Dünya

3 Fevral 2024, 19:03

Estoniya Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Estoniyanın dekabrda aldığı “Javelin” raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə, həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.

 

2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə